Goranboyda `Hyundai` aşdı - ölən var


03:03     19 İyul 2017 1359952125_qeza-avariya-main.jpg

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşdirilib.


Ölən şəxs 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızıdır.

Xəsarət alanlar: sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızıdır.

Qeyd edək ki, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1054